Qəzzada ölən jurnalistlərin sayı 200-ü KEÇDİ – STATİSTİKA

media-hightechnic-468x90

 

İsrail ordusunun Qəzza zolağının cənubunda yerləşən xəstəxanaya endirdiyi zərbə nəticəsində fələstinli jurnalist həyatını itirib.

Yenicag.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Qəzza hökumətinin mətbuat xidməti açıqlama yayıb. Bildirilib ki, 2023-cü ilin oktyabrından bəri bölgədə həlak olan jurnalistlərin ümumi sayı 215-ə çatıb.

Açıqlamada qeyd olunur ki, “Alam24” xəbər agentliyinin direktoru Həsən İslix Qəzzanın Xan Yunis şəhərində yerləşən Nasser Tibb Kompleksinə edilən hücum zamanı öldürülüb. O, daha əvvəl döyüşlər zamanı aldığı xəsarətlər səbəbilə xəstəxanada müalicə alırmış.

“Zərərçəkən jurnalistlərin sayı 215-ə çatıb… Beynəlxalq Jurnalistlər Federasiyasını, Ərəb Jurnalistlər Birliyini və bütün ölkələrin media qurumlarını Qəzza zolağında jurnalistlərə və media işçilərinə qarşı törədilən bu sistematik cinayətləri pisləməyə çağırırıq”, – deyə mətbuat xidmətinin açıqlamasında bildirilir.

Qəzza zolağının Səhiyyə Nazirliyi hücum zamanı xəstəxananın cərrahiyyə şöbəsinə birbaşa zərbə endirildiyini, nəticədə iki xəstənin həyatını itirdiyini, tibb heyəti və pasiyentlər arasında isə xəsarət alanların olduğunu açıqlayıb. Nazirliyin statistikasına əsasən, İsrailin martın 18-də artilleriya hücumlarını bərpa etməsindən sonra Qəzzada 2.700-dən çox insan həyatını itirib, 7.600-dən çox şəxs isə yaralanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600