Pakistan döyüşlərdəki itkilərini açıqladı

media-hightechnic-468x90

Pakistan nəzarət xəttində Hindistanla gedən döyüşlərdə 40 mülki vətəndaş və 11 əsgərin həlak olduğunu bildirib. Daha 121 nəfər yaralanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Pakistan Ordusu məlumat yayıb.

Mayın 10-da tərəflər atəşkəs barədə razılığa gəliblər, lakin bir neçə saat sonra Cammu və Kəşmirin bir sıra şəhərlərində, eləcə də Pəncabda pilotsuz təyyarələr aşkarlanıb və hava hücumundan müdafiə sistemləri işə salınıb. Mayın 12-də “Hindustan Times” qəzeti mənbələrə istinadən yazıb ki, Hindistan Pakistanla yalnız hərbi səviyyədə danışıqlar aparacaq, siyasi təmaslar olmayacaq./unikal

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600