Azərbaycan və Ermənistan xalqları irəliyə baxmağa çalışmalıdır - DEPUTATDAN ÇAĞIRIŞ
“Azərbaycan və Ermənistan xalqları müəyyən məsələləri arxada qoymağı bacarmalı və irəliyə baxmağa çalışmalıdır”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanın “biz bir-birimizin ərazisindən keçə biləcəyik” açıqlamasına münasibət bildirərkən deyib.
Deputat bildirib ki, düşmənçiliklə sonuna qədər getmək heçnə vəd etmir.
“Düşmənçiliyi qoruyub saxlamaq həmişə mümkündür. Amma dostluq qazanmaq çətin prosesdir. Biz, yəni iki xalq müəyyən məsələləri arxada qoymağı bacarmalıyıq və irəliyə baxmağa çalışmalıyıq. Çünki kinlə, düşmənçiliklə sonuna qədər getmək bir şeylər vəd eləmir”, – deyə o bildirib.
Ətraflı videomaterialda:
Nəsimi Ələsgərli
Samir Məcidov