Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Münhendə Azərbaycan və Ermənistanın XİN rəhbərləri arasında görüş keçirilib

Reklam: Sinerji Pro

Almaniyanın Münhen şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbəndyan arasında görüş olub.

Yeniçağ.Az xəbər verir ki, bu barədə “Facebook” səhifəsində Ermənistan XİN-nin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan yazıb.

Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunub.

Məlumata görə, görüşün ATƏT Minsk Qrupunun həmsədrlərinin təşəbbüsü ilə baş tutduğunu bildirib.

Görüşün digər təfərrüatları açıqlanmır.

Danışıqlar Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilir.

Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında sonuncu görüş 2016-cı ilin dekabrında Hamburqda baş tutub.

Yeniçağ.Az

www.yenicag.az

397