!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan və İƏT təşkilatın COP29-da iştirakını müzakirə etdi

!Reklam – Yazi

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Əsəd M.Xan Azərbaycanın İƏT yanında daimi nümayəndəsi, səfir Əli Əlizadə ilə görüşüb.

Bu barədə Yenicag.az İƏT-ə istinadən məlumat verib.

Azərbaycanın Katibliyə dəstəyini və İƏT gündəliyinin təşviqində fəal rolunu yüksək qiymətləndirərək, təşkilatın baş katibi səfir Əli Əlizadəni Nyu-York, Aşqabad və Daşkənddə üzv dövlətlərin nazirləri ilə keçirdiyi son görüşlər barədə məlumatlandırıb.

Görüşdə həmçinin İƏT-in COP29-da iştirakı, eləcə də tədbir çərçivəsində İƏT-in təşkil etdiyi tədbirlər, o cümlədən Dairəvi İqtisadiyyat üzrə Nazirlər Toplantısı, İƏT Nazirlərinin Ətraf Mühit üzrə Görüşü və İƏT Təmiz Enerji Mərkəzinin açılış mərasimi müzakirə edilib./Trend/

www.yenicag.az

139
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv