Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycan və Türkiyə XİN başçıları arasında geniş tərkibli görüş keçirilib - YENİLƏNDİ

Reklam: Sinerji Pro

Xarici İşlər naziri Ceyhun Bayramov və onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.

Görüşdə Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq gündəliyinin bir çox istiqamətləri, regional və qlobal məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

***

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyəyə rəsmi səfəri çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə təkbətək görüşü keçirilir.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.

Qeyd edək ki, bu gün C. Bayramov Türkiyəyə səfər edib.

Səfər çərçivəsində ikitərəfli və regional münasibətlər, eləcə də dünyada son proseslərə dair məsələlər müzakirə olunacaq.

Xatırladaq ki, bu, C. Bayramovun Azərbaycan XİN başçısı kimi ilk rəsmi səfəridir.

www.yenicag.az

373