!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan vətəndaşları Türkiyə səfirliyinin önünə əklillər düzdü - VİDEO

!Reklam – Yazi

Xəbər verdiyimiz  kimi, ötən gün Türkiyənin Qəhrəmanmaraş şəhərində baş verən güclü zəlzələ nəticəsində 3549 nəfər vəfat edib, 22168 nəfər yaralanıb. Baş verən təbii fəlakət səbəbindən Türkiyədə fövqəladə vəziyyət və 7 günlük mətam elan edilib.

Yenicag.az xəbər verir ki, bu gün Türkiyənin cənub-şərqində baş vermiş güclü  zəlzələdən sonra həyatını itirən vətəndaşların xatirəsini anmaq üçün Azərbaycan vətəndaşları, QHT üzvləri Türkiyə səfirliyinin qarşısına gələrək, öz başsağlıqlarını çatdırıb, əllərində Türkiyə və Azərbaycan bayraqları ilə qardaş ölkənin acısına şərik olub və səfirliyin binasının önünə əklillər düzüblər.

Azərbaycan QHT-ləri zəlzələ nəticəsində vəfat edənlərə görə Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşı attaşe Abdullah Acuna da başsağlığı veriblər.

QHT-lər adından çıxış edən Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər Türkiyəyə dəstəyini ifadə edib: “Türkiyənin acısı acımızdır və bu kədəri öz canımızda hiss edirik”.

A.Ələsgər qeyd edib ki, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri matəm boyu Türkiyənin ölkəmizdəki yurdu olan Türkiyə Səfirliyini davamlı şəkildə ziyarət edəcəklər.

Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Toğrul Allahverdili də “Qardaş Türkiyədə baş verən faciənin bütün ağrı və acısı Azərbaycanda da hiss olunur. Azərbaycan cəmiyyəti olaraq bu acını birgə yaşayırıq. Faciə nəticəsində vəfat edən türk qardaşlarımıza və bacılarımıza Allahdan rəhmət diləyirik, yaralıların isə tezliklə şəfa tapmasını arzulayırıq”, – deyərək fikrini ifadə edib.

Qeyd edək ki, Azərbaycan xalqı öz dəstəyi ilə tam şəkildə Türkiyənin yanında olduğunu göstərir. Vətəndaşlarımız humanitar və bank vasitəsilə də maddi yardım edir.

www.yenicag.az

464
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv