Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycan XİN səssizliyini pozdu: Rusiyaya etiraz edildi

Reklam: Sinerji Pro

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində (zakupki.gov.ru) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma “Dağlıq Qarabağ Respublikası” qeyd olunması məsələsinə münasibət bildirib.

Bu barədə Yenicag.az-a XİN-dən bildirilib.

“Qeyd etmək istərdik ki, bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi etirazını diplomatik kanallarla dərhal Rusiya tərəfinə çatdırmışdır. Bu kimi yalnış məlumatların iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin ruhuna cavab vermədiyi qarşı tərəfin diqqətinə çatdırılıb. Qarşı tərəf isə öz növbəsində məsələnin texniki səhv olduğunu qeyd edib və aradan qaldırılması üçün müvafiq addımların atılacağını, habelə bu kimi məsələlərə gələcəkdə diqqətlə yanaşılacağını ifadə edib”, – məlumatda qeyd olunub.

www.yenicag.az

415
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100