Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Azərbaycana qarşı aparılan "qara piar" nəticəsiz qalacaq - Keçmiş millət vəkili  

Reklam: High Technic

Azərbaycanın dünyada nüfuzu artıqca ona zərbə vurmağa çalışanlar da taplılır.

Azərbaycanı istəməyən bəzi qüvvələr rəsmi Bakının dünya ölkələri ilə münasibətlərini pozmağa çalışır. Bu günlərdə “The Organized Crime and Corruption Reporting Project” (OCCRP) qurumunun hesabatı əsasında “The Guardian” qəzetində dərc olunan iftira dolu “məqalə” də həmin qüvvələrin növbəti təxribatıdır. Bu iftiraların indiki məqamda üzə çıxması da təsadüfi deyil. Azərbaycan iri layihələrin iştirakçısıdır və yaxın günlərdə də yeni neft-qaz kontraktı imzalanacaq. Bir neçə gündən sonra “Azəri-Çıraq-Günəşli” yatağı üzrə yeni kontraktın imzalanması nəzərdə tutulur. Azərbaycan yataqdakı fəaliyyətini 2050-ci ilə qədər uzadacaq. Bu da o deməkdir ki, Azərbaycan daha da güclənəcək, inkişaf edəcək, Cənubi Qafqazdakı liderliyini daha da möhkəmləndirəcək.

Təbii ki, dövlətimiz gücləndikcə, Ermənistan daha zəyif və cılız görünür. Eyni zamanda Ermənistan – Azərbaycan münaqişəsinin nizamlanması istiqamətində Azərbaycanın öz haqlı mövqeyini müdafiə etmək və qəbul etdirmək üçün də əlavə imkanları yaranır. Heç təsadüfi deyil ki, son illər istər beynəlxalq qurumlar, istərsə də, dünya dövlətləri tərəfindən Azərbaycanın haqlı mövqeyi müdafiə olunur, Ermənistan işğalçı dövlət kimi tanınır, dünya dövlətləri Dağlıq Qarabağın Azərbaycanın ərazisi olması barədə bəyanatlar verir, ölkəmizin ərazi bütövlüyünü müdafiə edirlər. Burada təbii ki, rəsmi Bakının fəaliyyəti ilə yanaşı diaspor təşkilatlarının da xidmətləri böyükdür. Bu fəaliyyət üçün də az maliyyə vəsaitləri tələb olunmur. Digər sahələrdə olduğu kimi lobbiçilik fəaliyyətində də Azərbaycandan geridə qalan erməni dövləti və diasporası təbii ki bunu həzm edə bilmir. Ona görə də hər vasitə ilə Azərbaycanın imicinə zərbə vurmağa çalışırlar. Yazının müəlliflərindən birinin erməni – Dina Naqapetyan olması da bunu sübut edir ki, bu qarayaxma kampaniyasının başında erməni lobbisi dayanır.

Azərbaycanın uğurlarından narahat olan erməni lobbisi ölkəmizi tənqid və qınaq obyektinə çevirərək gözdən salmağa və Qərb dövlətləri ilə münasibətlərinə kölgə salmağa zəhd edir. Bunun üçün də öz təsir dairələrində olan “The Organized Crime and Corruption Reporting Project” (OCCRP) adlı qurumdan və mətbuat orqanlarından istifadə edirlər. Qeyd edim ki, sözügedən qurumun erməni lobbisi ilə əlaqələrinin üzə çıxmasından sonar, bir neçə il əvvəl Azərbaycandan qovulub. Heç kəsə sir deyil ki, “The Guardian” nəşri də həmin şəbəkənin təsir dairəsindədir. Bu mətbuat orqanı erməni lobbisinin sifarişi ilə həmişə Azərbaycan əleyhinə yazılar dərc edib. Amma həmişə olduğu kimi, bu dəfə də Azərbaycan dövlətinə və rəhbərliyinə qarşı aparılan qara PR nəticəsiz qalacaq, onlar məqsədlərinə nail ola bilməyəcəklər. Azərbaycan dövləti sarsılmazdır. Xalq hakimiyyətin yanındadır, xalq öz prezidentinə güvənir və iananır ki, Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanı daha da irəli aparacaq, yeni-yeni uğurlara imza atacaq. Heç bir qüvvə Azərbaycanın dünyadakı imicini sifarışli və əsassız iftiralarla sarsıda bilməyəcək.

“İrəli Azərbaycan” İctimai Birliyinin sədri,
sabiq millət vəkili Baba Tağıyev

www.yenicag.az

268