!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycana qarşı QARAYAXMA KAMPANİYASI – COP29-u boykot edənlər kimlərdir?

!Reklam – Yazi

 

Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına ( COP29) ev sahibliyi etməsi ölkənin iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətli töhfələr verməyə çalışdığı bir platforma kimi nəzərə çarpmaqdadır.

Həmçinin bu tədbirin Bakıda keçirilməsi dövlətimizin qlobal enerji bazarında mühüm oyunçu olaraq qazandığı mövqeyi iqlim təhlükəsizliyi sahəsinə də daşımaq niyyətini əks etdirir.

Yenicag.az xəbər verir ki, Azərbaycan karbon emissiyalarının azaldılmasında da ciddi öhdəliklər götürmüş və iqlim dəyişikliyi ilə mübarizədə həm yerli, həm də qlobal səviyyədə yeni tədbirlər planlaşdırmışdır. COP29 zamanı Azərbaycanın əsas təşəbbüslərindən biri olan “Bakı Sazişi” isə regionda həm enerji təhlükəsizliyini, həm də bərpa olunan enerji təşəbbüslərini genişləndirmək məqsədi daşıyır.

Lakin bununla belə, Qərb ölkələrindəki bəzi dairələrinin bu tədbiri boykot etməsi Azərbaycanın səylərinə kölgə salmaq məqsədini özündə ehtiva edir. Bu ölkələr Azərbaycanı insan hüquqları və demokratik dəyərlərə sadiqlik məsələsində ittiham edərək guya öz narahatlıqlarını bildirib iqlim sammitini siyasi səhnədə təsir vasitəsi kimi istifadə edirlər. Azərbaycan isə bu davranışı ikili standartların nümayişi kimi dəyərləndirir və bildirir ki, ətraf mühitlə bağlı problemlər bütün ölkələri birləşdirən qlobal məsələdir və siyasi təsirlərdən uzaq qalmalıdır. Qərb isə bu məsələdə bir sıra insan haqları təşkilatları tərəfindən ölkəmizə qarşı qara piar aparmaqdan vaz keçmir. Məsələn, “Amnesty International” və “Freedom House” kimi qurumların Azərbaycanla bağlı qərəzli mövqeləri bu günün özündə də davam edir.

Bu məsələdə ölkəmizə qarşı başladılan qarayaxma kampaniyasının ən əsas hissəsi isə Azərbaycanın ev sahibliyi edəcəyi COP29 konfransı ilə bağlı son vaxtlar müzakirə olunan saxta sosial media profilləri məsələsidir. Belə ki, müəyyən sayda saxta hesablar, əsasən də “X” platformasındakı bir sıra profillər avtomatlaşdırılmış şəkildə konfransla bağlı böhtan kampaniyası aparır, bu barədə paylaşımlar edilir. Qısa araşdırma bəs edir ki, bu hesabların eyni vaxtda və ardıcıl olaraq paylaşımlar etməsi onların idarə edilməsində avtomatlaşdırılmış metodlardan istifadə oluna biləcəyinə işarə edir. Bu hesabların isə eyni mərkəzdən idarə olunması heç kimdə şübhə doğurmur.

Bu profillərin mövcudluğu COP29-a, ən əsas da Azərbaycana qarşı aparılan informasiya müharibəsinin bir hissəsi olsa da, Azərbaycan COP29 vasitəsilə iqlim dəyişikliyi mövzusunda mühüm addımlar atmaqda davam etməkdədir. Çünki ölkəmizin sözügedən təşəbbüsü Qərbin ikili standartlarının təzyiqinə baxmayaraq, regionun iqlim dəyişikliklərinə qarşı gücləndirilmiş tədbirlər görməsi üçün mühüm addımdır. COP29-un uğuru üçün Azərbaycanın nümayiş etdiyi dəstəkləyici səylər beynəlxalq mühitdə diqqət çəkdiyinə görə məhz adıçəkilən dairələr və onlardan maliyyələşdirilən qurumlar Azərbaycanla haqsız mübarizə metodunu seçiblər.

Azərbaycanın COP29-u təşkil etməsi ilə bağlı qarşılaşdığı qarayaxma kampaniyaları ilə mübarizəsinə gəldikdə isə bu ölkəmizin beynəlxalq arenada öz haqlarını qorumaq və düzgün tanıtımını təmin etmək istiqamətində atdığı addımları ön plana çıxarır. Doğrudur, bu kampaniyalar, əsasən, sosial media üzərindən saxta hesablar vasitəsilə Azərbaycanın tədbirə ev sahibliyi etmək istəməsi ilə əlaqədar müzakirələr yaratmağa yönəlib, lakin Azərbaycan hər zaman olduğu kimi, bu haqsız mövqe ilə də sərasər savaşır və ona qarşı başladılan absurd və gerçək olmayan yanaşmaları faktlarla dəf edə bilir. Bəllidir ki, bu profillərin ardıcıl və koordinasiya edilmiş paylaşımları təzyiq vasitəsi olaraq istifadə edilir ki, bu da iqlim tədbiri ətrafında mənfi təsəvvür yaratmaq məqsədi daşıyır.

Azərbaycan isə bu qarayaxma kampaniyalarını aşmaq üçün bir sıra əks tədbirləri artıq çoxdan görüb. Yəni ölkə rəsmiləri bu kampaniyaları Qərbdəki dairələrin ikili standartlara əsaslanan bir cəhd olaraq görür və iqlim tədbirinin əhəmiyyətinin siyasi çərçivədən çıxarılmalı olduğunu vurğulayırlar. Reallıq budur ki, Azərbaycanın COP29-u təşkil etməsi regionda iqlim dəyişikliyi ilə mübarizədə ciddi bir platforma rolunu oynayır və ölkəmiz bu tədbir vasitəsilə qlobal problemlərin həllində lider mövqeyini qorumağı hədəfləyir. Dövlət rəsmiləri bildirirlər ki, Azərbaycanın iqlim dəyişikliyinə dair öhdəlikləri və mübarizə səyləri qarşıdakı illərdə də gücləndiriləcək, və bu istiqamətdə hər hansı təzyiq ölkəmizin səylərini zəiflədə bilməyəcək. Qısacası, bu tədbirlərin uğurlu keçirilməsi Azərbaycanın xarici siyasətində öz müstəqil mövqeyini qoruyub saxladığını və təbii resursların istifadəsi sahəsində liderliyini davam etdirməyə çalışdığını göstərir.

Rafi Müslümov

www.yenicag.az

328
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv