Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Azərbaycana tiryək keçirmək istədi - Saqqız qabında

Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşının əl çantası və əlindəki pencəyi rentgen nəzarət-yoxlama qurğusundan keçirilən zaman monitorda şübhəli predmetin təsviri görünüb.

Yenicag.az DGK-nın mətbuat xidmətinə istinadla xəbər verir ki, bu səbəbdən vətəndaşın əl çantasına və pencəyinə təkrar baxış keçirilib.

Baxış zamanı, vətəndaşın pencəyinin cibindəki metal saqqız qabının içərisində xalis çəkisi 29,386 qram olan narkotik vasitə – tiryək aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

384