!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycançılıq ideyasının təbliği necə aparılır? - TƏHLİL

!Reklam – Yazi

Azərbaycançılıq Azərbaycan xalqının bu günə qədər əldə etdiyi milli-mənəvi dəyərlərə sahib çıxmaq, Azərbaycan dilini, tarixini, mədəniyyətini bilmək, tarixən əldə etdiyimiz dəyərləri mühafizə etməklə və qloballaşan dünyada mövcud olan yeni universal dəyərləri mənimsəməklə, bunları ümummilli mənafelərimizin qorunması istiqamətində səfərbər etmək deməkdir.

Azərbaycançılıq ideologiyası Ümummilli lider Heydər Əliyevin Azərbaycan cəmiyyətinə təqdim etdiyi universal dəyərlər sistemidir. Eyni zamanda, Azərbaycançılıq ideologiyası Azərbaycan cəmiyyətinin bütün təbəqələrində qəbul edilən, mənimsənilən və həyat tərzinə çevrilən bir hadisədir. Azərbaycançılıq ideologiyası ümumi sosial identifikasiyamız və ortaq dəyərlərimizi müəyyənləşdirir. Bu isə çox vacib məsələdir.

Azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəyliyinə, xalqın vahid bir ideya ətrafında mənəvi birliyinə nail olunmasında Prezident İlham Əliyevin xüsusi xidmətləri var. Məhz İlham Əliyev sayəsində milli-mənəvi və bəşəri dəyərlər artıq azərbaycançılıq ideologiyasının özəyini, onun əsas təməl prinsiplərini təşkil etməkdədir. Azərbaycançılıq ümumbəşəri dəyərlərdən yetərincə bəhrələnməklə bərabər, öz milli mentallığını qoruyub saxlamaqdadır.

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında bildirib ki, Azərbaycançılığın əsas elementlərindən biri vətəndaşlıqdır: “Azərbaycançılığın tərkib hissəsi olan vətəndaşlıq mövqeyi Azərbaycan əhalisinin bir xalq kimi birləşməsinə və dövlətçilik kursu ilə inkişafına əhəmiyyətli zəmin yaradır. Azərbaycançılıq milli dövlət ideologiyası kimi Azərbaycan Respublikasının Konstitusiya əsaslarına söykənən, Azərbaycanın müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemidir.
Məlumdur ki, dünya azərbaycanlılarını vahid ideya ətrafında birləşdirən ideoloji bünövrə məhz Azərbaycançılıq ideologiyasıdır.

Xalqımızın milli-mənəvi dəyərlərini müdafiə etməyi, qoruyub saxlamağı aşılayan, dövlət və vətəndaş mənafelərini üzvi şəkildə birləşdirən, həmçinin gənclərdə milli və hərbi vətənpərvərlik hissinin formalaşmasında mühüm rol oynayan Azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi üçün uğurlu təməldir.

Azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyini qorumaq, onun demokratik inkişafını təmin etməklə təşəkkül tapmış bir ideologiyadır. Azərbaycançılıq ideyasının kökündə vətəndaşlıq dəyəri dayanır. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır. Bu ideologiya hər şeydən öncə, Azərbaycan xalqının bu günə qədər əldə etdiyi milli-mənəvi dəyərlərə sahib çıxmaq, Azərbaycan dilini, tarixini, mədəniyyətini bilmək, tarixən əldə etdiyimiz dəyərləri mühafizə etməklə, qloballaşan dünyada mövcud olan, yeni universal dəyərləri mənimsəməklə, bunları ümummilli mənafelərimizin qorunması istiqamətində səfərbər etmək deməkdir.

Ötən illər ərzində bu ideologiyanın dünya azərbaycanlıları arasında daha dolğun şəkildə təbliğ olunması və yayılması istiqamətində dövlət tərəfindən bir çox addımlar atılıb. Lakin bu, bir həqiqətdir ki, istənilən işin uğurlu olması üçün dövlətlə yanaşı, hər bir vətəndaşın, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, o cümlədən ziyalıların, elm və mədəniyyət qurumlarının da üzərinə mühüm vəzifələr düşür.

Azərbaycançılıq ideologiyasının daşıyıcısı olan vətənpərvərlik mövqeyi də dövlət quruculuğu prosesində olduqca vacib elementdir. Məhz bu mövqe dünyanın harasında yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların ümumilli məsələlərdə vahid mövqedən çıxış etməsini şərtləndirir.

Tarix elə gətirib ki, dünya azərbaycanlılarının yalnız təqribən beşdə biri müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Lakin qlobal dəyərlərin böyük əhəmiyyət kəsb etdiyi bir dövrdə azərbaycanlıların müxtəlif dövlətlərin vətəndaşları olması onların milli birliyi üçün böyük maneə yaratmır. Hər şeydən əvvəl ona görə ki, azərbaycanlıların siyasi iradəsini ifadə edən müstəqil dövləti, özünəməxsus adət-ənənələri, dili, dini və Azərbaycançılıq ideologiyası var. Yəni bu gün dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir soydaşımız Azərbaycançılıq ideologiyasından güc alaraq, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak etməlidir.

Eyni zamanda, azərbaycançılığın əsas istiqamətlərindən olan gənclərin milli ruhda tərbiyəsi xaricdəki soydaşlarımızın da daim diqqət mərkəzində olmalıdır. Xüsusilə də Azərbaycandan kənarda, ayrı-ayrı xarici ölkələrdə dünyaya gələn azərbaycanlı gənclərin öz ana dilində yazıb-oxuya bilməsi istiqamətində fəaliyyətə diqqət yetirmək lazımdır.

Hazırda Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən diaspor sahəsində aparılan islahatlar və qarşıya qoyulan vəzifələrin icrası üçün atılan addımlar öz müsbət nəticəsini verir. Xüsusən azərbaycançılığın təbliği üçün Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə xarici ölkələrdə “Həftəsonu məktəbləri”nin sayı artırılıb, onlara dərs vəsaitləri göndərilib. Atılan addımlar içərisində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəni irsimizin təbliği mövzusunda ayrı-ayrı xarici ölkələrdə məqalələrin dərc edilməsini, dünyanın inkişaf etmiş ölkələrində müxtəlif səviyyəli tədbirlər, təbliğat xarakterli görüşlər keçirilməsini, “Azərbaycançılıq ideyası – dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitabın nəşr olunaraq soydaşlarımıza paylanması və s. addımları göstərmək olar. Ümumiyyətlə qeyd edim ki, Azərbaycan Respublikasının dünya ölkələri arasında nüfuzunun artması, beynəlxalq münasibətlər sistemində əldə etdiyi uğurlar heç şübhəsiz ki, Azərbaycan diasporunun fəaliyyətinə də kifayət qədər təsir göstərmiş və daha uğurlu nəticələrin əldə olunmasına geniş zəmin yaratmışdır”.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov isə öz növbəsində vurğulayıb ki, ictimai təbliğat nəticəsində azərbaycançılıq ideologiyası bu gün ölkəni ayaqda saxlayan, xalqı diri tutan və eyni zamanda dövlətlə vətəndaşlar arasında körpü yaradan əsas təməl sütunlardan biridir:

“Azərbaycan dövləti tərəfindən Azərbaycançılıq ideyasının təbliği sahəsində böyük işlər həyata keçirilib. Dövlətimiz xalqı birləşdirən bir amal, ideoloji ruh kimi azərbaycançılığı daima təşviq edib. Məhz ölkəmizin həyata keçirdiyi bu təbliğat nəticəsində bu gün Azərbaycançılıq ideologiyası peşəsindən, etnik irqi mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşlarımızı birləşdirən önəmli faktorlardan biridir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycançılıq ideologiyası vətənpərvərliklə həmahəng formada inkişaf edib. Bu ideologiyanın təsiri nəticəsində bu gün ölkədə kifayət qədər yüksək səviyyəyə çatmış xalq-iqtidar birliyi, vətəndaş-dövlət əlaqələri mövcuddur. Hesab edirəm ki, Azərbaycançılıq ideologiyasının dövlət tərəfindən daima gündəmdə tutulması və ön sıralarda olması nəticəsində Azərbaycan xalqı 44 günlük Vətən Müharibəsində öz ali baş komandanın ətrafında sıx birləşdi. Bu gün dünyanın bir çox ölkələrində vətəndaş müharibələri, təhdidlərin mövcud olduğu, müxtəlif ideoloji düşüncə daşıyıcısı olan xalq və millətlərin bir dövlət daxilində dinc yaşamadığı bir dövrdə Azərbaycançılıq ideologiyası həm də özündə tolerantlığı, multikulturalizmi ehtiva edir. Azərbaycançılıq ideologiyası fonunda Azərbaycan xalqının dövlətə və ölkə başçısına sevgisi daim özünü göstərir”.

Gülşən Şərif

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” mövzusunda hazırlanmışdır.media_loqo_esas

www.yenicag.az

480
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv