Reklam: High Technic
hightechnic

Azərbaycanda kənd adı: Fotoşop, yoxsa həqiqət? - FOTO

Oğuzun Baş Daşağıl kəndinin adı yolun kənarında yerləşən məlumat lövhəsində biədəb formada yazılıb.

Yenicag.az xəbər verir ki, bunu əks etdirən foto sosial şəbəkədə yayılıb.

Məsələ ilə bağlı sözügedən kəndin bələdiyyə sədri Maarif Şirinovla əlaqə saxladıq. Saytımıza açıqlama verən sədr məsələyə belə münasibət bildirdi:

“Bəli, kəndin adı Baş Daşağıldır. Şəki tərəfdən Oğuzun ən ucqar kəndidir. O vaxt bu kənddə mal-qara üçün daşdan ağıl (tövlə) tikiblər. Bu da ordan irəli gəlir. Düzü, adının səhv yazılmasına fikir verməmişəm. Səhv yazılıbsa, nə edə bilərəm ki?”

Lakin, bizə müraciət edən kənd sakinləri sözügedən fotonun həqiqətə uyğun olmadığını bildiriblər. Onların sözünə görə, bu, sadəcə, fotoşopdur.

Qeyd edək ki, Azərbaycanda bir sıra gülməli, həm də təəccüb doğuran kənd, çay və məkan adları mövcuddur.

Emin Səfərov

www.yenicag.az

6812