“Beşiktaş” daha bir futbolçusu ilə vidalaşır

media-hightechnic-468x90

“Beşiktaş”da daha bir ayrılıq gündəmdə

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ciro Immobile ilə yollarını ayıran “Beşiktaş”, ingiltərəli yarımmüdafiəçi Aleks Oksleyd-Çemberlenlə də müqaviləyə xitam verməyə hazırlaşır.

Məlumata görə, klub rəhbərliyi 31 yaşlı futbolçunun müqaviləsini 1,5 milyon avro təzminat müqabilində ləğv etməyi planlaşdırır.

Son mövsümdə ardıcıl zədələr səbəbindən komandada stabil çıxış edə bilməyən Oksleyd-Çemberlenin yaxın günlərdə İstanbuldan ayrılacağı gözlənilir.

Qeyd edək ki, təcrübəli futbolçu “Beşiktaş” formasını 50 rəsmi oyunda geyinib. Bu qarşılaşmalarda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Göycə Göycəyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600