Güləşçimiz Avropa çempionatının finalına yüksəldi

media-hightechnic-468x90

İtaliyanın Kaorle şəhərində U20 Avropa çempionatı davam edir.

Yenicag.az xəbər verir ki, yarışın üçüncü günündə qadın güləşi üzrə mübarizəyə start verilib.

Bu gün Azərbaycanın 1 təmsilçisi xalçaya çıxıb. Günay Qurbanova (59 kiloqram) çətinlik çəkmədən finala yüksəlib. Bu il reytinq turnirinin və U23 Avropa çempionatının qalibi olan istedadlı güləşçi almaniyalı Fransiska Blaumeyserə (10:0), ukraynalı Mariya Miziurkoya (tuş) və belaruslu Marta Hetmanavaya (11:0) vaxtından əvvəl qalib gəlib. Günay sabah həlledici görüşdə türkiyəli Sevim Akbaşla qarşılaşacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa