“Uşaq bağçaları distant təhsilə keçmir və bağlanmır.”
Yenicag.az xəbər verir ki, bunu canlı yayımda sualları cavablandırarkən təhsil naziri Emin Əmrullayev deyib.
“Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən dövlət və özəl məktəbəqədər təhsil müəssisələri (bağçalar) ənənəvi qaydada fəaliyyətini davam etdirəcək” – deyə, bildirilib.