Azərbaycanda benzin və dizelin istehsalı artıb - CƏDVƏL

media-hightechnic-468x90

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4047,3 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,4% artıb.

Bu barədə Yenicag.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, hesabat dövründə neft məhsullarından mazut istehsalı 2,1 dəfə, neft koksunun istehsalı 8,5%, qazoylların (dizel yanacağının) istehsalı 6,2%, ağ neft istehsalı 5,3%, avtomobil benzinin isəlı isə 1% artıb.

Qeyd olunur ki, yanvar sentyabr aylarında ölkədə neft bitumu istehsalı 9,9%, sürtkü yağları istehsalı isə 44,7% azalmışdır.

Azərbaycanda istehsal olunan neftməhsulları:/apa

Məhsul növləri 2025-ci ilin yanvar-sentyabr aylarında istehsal edilib Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə 01.10.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı
Avtomobil benzini, min ton 1081,3 101 62,2
Ağ neft, min ton 518,8 105,3 27,9
Qazoyllar (dizel yanacağı), min ton 1861,9 106,2 159
Mazut, min ton 57,6 2,1 d. 1,2
Sürtkü yağları, min ton 27,3 55,3 1,5
Maye qazlar, min ton 169,2 111,8 2,3
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton

 

581,4

 

66,9

 

58,6

ondan:

neft bitumu, min ton

190,9 90,1 14,9
neft koksu, min ton 170,4 108,5 43,3
media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa