!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycanda bəzi məmurlar anlamırlar ki..." - Bakı aeroportunda taksi monopoliyası

!Reklam – Yazi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Taksi Xidməti” MMC Bakı şəhəri və Abşeron yarımadası ilə yanaşı, Heydər Əliyev Beynəlxalq Aeroportundan şəhərin istənilən nöqtəsinə təhlükəsiz, komfortlu və taksometrlə təyin edilən standart qiymətlərlə sərnişin daşıma xidməti təşkil edir. Xidmət keyfiyyətinin yüksəldilməsi və təhlükəsizliyin təmin edilməsi üçün aparılan bir sıra islahatların nəticəsi olaraq Hava Limanı ərazisində yerli sakinlərə və turistlərə yalnız “Bakı Taksi Xidməti” MMC taksi fəaliyyəti göstərəcək.

Sözsüz ki, bu qərar birmənalı qarşılanmır. Digər taksi fəaliyyəti ilə məşğul olan şirkət və şəxslərin hava limanından sıxışdırılaraq çıxarılması müzakirələrə səbəb olub.

Qərardan sonra qiymətlərin qaldırılacağı da istisna deyil. Belə olan halda monopoliyanın yaradılması heç kimdə şübhə doğurmur.

Məsələni Yenicag.az-a şərh edən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, qərar kökündən yanlışdır:

“Bunun heç bir faydası yoxdur. Bəzi ölkələrdə belə bir təcrübə var ki, tender elan olunur. Taksi xidməti göstərən şirkətlər tenderdə iştirak edirlər. Şirkətlər ayrıca ödəniş etməklə və yaxud da yüksək vergi vermək şərtiylə tenderin qalibi olduqda taksi daşımalarını həyata keçirirlər. Azərbaycanda isə heç bir tender, heç bir rəqabət olmadan daşıma xidmətinin bir şirkətə verilməsi təbii ki, inhisarçılıq elementidir. Çünki azad rəqabətə, taksi xidmətindən istifadə edənlərin gəlirlərinə ciddi təsir edəcək. Bunun bir effekti də olmayacaq. Azərbaycanda bəzi məmurlar və qurumlar hələ də yeni texnologiyaların, yeni əldə edilən məlumatların necə işləməsindən xəbərləri yoxdur və yaxud da bunu anlamaq istəmirlər. Üzərində taksi xidməti yazısı olmayan, adi bir sərnişin kimi ora daxil olan avtomobilləri buraxmağa məcbur olacaqlar. İnternet vasitəsiylə də öncədən sifariş vermək olar. Məsələn, İstanbuldan Bakıya gəlirsənsə, elə oradan sifariş vermək olur. Bakıya düşən sərnişin elə adi avtomobillərlə yanaşı dayanan maşına minib ünvana yola düşür. Yəni, belə ajiotaj yaradılması dövlət qurumlarının səhvidir. Bunun qarşısını necə alacaqlar? Hər aeroporta daxil olan maşının sahibindən “niyə görə, kimə görə gəlmisiz?” deyə soruşacaqlar? Bunun işlək mexanimizmə çevrilməsi də böyük problemlər yaradacaq. Kökündən səhv verilmiş qərardır”.

Natiq Cəfərlinin sözlərinə görə, hava limanında monopoliyanın yaradılması qiymətlərə də təsir göstərəcək:

“Əgər bir şirkət fəaliyyət göstərsə, təbii ki, qiymətləri də artıracaq. Amma internetin verdiyi imkanlardan istifadə edərək daha ucuz qiymətə taksi xidmətindən istifadə etmək mümkündür. Sadəcə bu, əlavə çətinliklər yaradacaq. Bu problemlərin yaranmaması üçün belə bir qərarın verilməsinə lüzum yox idi”.

Emin Səfərov

www.yenicag.az

8698
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv