Azərbaycanda bu qəzet rəsmən ləğv olunub

media-hightechnic-468x90

0acb17aa7b498edfe215bb1b271041ecAzərbaycanda tanınmış qəzetlərdən biri rəsmən ləğv olunduğunu elan edib.
“Paritet” qəzetinin redaksiyasının ləğv olunduğu barədə qərar rəsmi qəzetdə dərc olunub.

Qeyd edək ki, “Paritet” qəzeti 1999-cu ilin avqust ayının 17-də yaradılıb, həftədə 3 dəfə işıq üzü görüb. Azərbaycan Mətbuat Şurasının üzvü olan qəzet fəaliyyətini faktiki olaraq 2012-ci il dekabrın 20-də dayandırıb.

Həmin vaxt qəzetin baş redaktoru Cəmaləddin Quliyev bildirmişdi ki, qəzet fəaliyyətini müvəqqəti dayandırır, bu barədə qərarı təsisçi qəbul edib. C. Quliyev təsisçinin bu qərarının texniki-maddi problemlərlə əlaqədar olduğunu bildirmişdi.(APA)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600