!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda dəhşət - İtkin düşmüş 10 yaşlı qızın yandırılmış meyiti tapıldı - FOTO

!Reklam – Yazi

Ötən il Tovuz rayonununda itkin düşmüş 10 yaşlı qızın meyiti tapılıb.

Yenicag.az-ın məlumatına görə, 2019-cu ilin noyabrın 21-də itkin düşən Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyti Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb. Hadisənin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.

Faktla bağlı Tovuz rayon Prokurorluğundan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

Xatırladaq ki, hadisə ötən il noyabrın 21-i gecə saatlarında baş verib. N.Quliyeva axşam saatlarında qonşuluqdakı toya hazırlığa gedib. Babası ondan evə gedib gödəkcəsini gətirməsini istəyib. Bundan sonra ondan heç bir xəbər alınmayıb./Report/

www.yenicag.az

838
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv