!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda dəhşətli qəza: 3 ölü, 7 yaralı

!Reklam – Yazi

Bakı-Qazax avtomobil yolunun Yevlax ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, Şəmkirdən Bakı istiqamətində hərəkətdə olan mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində biri uşaq olmaqla 3 nəfər həyatını itirib.

Qəza zamanı daha 7 nəfər ağır vəziyyətdə Yevlax Şəhər Xəstəxanasına yerləşdirilib.

Hazırda hadisə ilə əlaqədar araşdırma aparılır.

Qəza nəticəsində ölən və yaralananların bəzilərinin adları məlum olub. Ölənlərdən biri 2006-cı il təvəllüdlü Şəmkir rayon sakini Abdullayev Emin Asif oğludur.

Qəzada ölən daha 2 nəfərin şəxsiyyəti dəqiqləşdirilir.

Yaralılardan adları məlum olanlar isə bunlardır:

Əhmədova Səfa Nizami qızı
Əliyev Cavidan Əliyar oğlu
Əliyev Əliyar İlyas oğlu
İmanova Tamilə Nəsir qızı
Həsənova Validə Namiq qızı

www.yenicag.az

5131
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv