Azərbaycanda Energetiklər Günüdür

media-hightechnic-468x90

Oktyabrın 20-də Azərbaycanda Energetiklər Günüdür.

Yenicag.az xatırladır ki, 20 oktyabr 1981-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Cənubi Qafqazın ilk böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES-in birinci enerji bloku istifadəyə verilib.

Beləliklə, Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyulub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli 446 saylı sərəncamı ilə həmin tarix ölkəmizdə “Energetiklər Günü” kimi təsis edilib.

Artıq 19 ildir ki, Azərbaycan energetikləri öz peşə bayramlarını iftixarla qeyd edirlər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600