Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanda Fulya Öztürklə bağlı film çəkiləcək – FOTO

44 günlük Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərinin və müharibə ilə bağlı dəqiq informasiyaların dünyaya çatdırılmasında mühüm rol oynayan “CNN Türk” televiziyasının reportyoru Fulya Öztürk barədə sənədli film çəkiləcək.

Yenicag.az xəbər verir ki, “Fulya” adlı ekran əsərinin ssenari müəllifi və rejissoru kinorejissor Tahir Tahirovicdir.

Filmdə F.Öztürkün və müharibə dövründə onunla birlikdə Azərbaycanda, xüsusən də cəbhə bölgəsində çəkilişlər aparan operatorun lentə aldığı və indiyədək yayımlanmayan 11 saatlıq video materiallardan istifadə ediləcək.

Ekran əsərinin çəkilişlərinə bu ilin iyun ayında “CNN Türk”ün İstanbul şəhərində yerləşən baş ofisində start veriləcək, sonra Gəncə, Tərtər, Bərdə, Füzulidə davam etdiriləcək. Filmin çəkilişləri Şuşada yekunlaşacaq.

Layihə “Azərbaycanfilm” və “DADA Film Prodakşn”ın birgə istehsalıdır./Report/

Loading...

www.yenicag.az

144
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100