Azərbaycanda hakim dünyasını dəyişib

media-hightechnic-468x90

Azərbaycanda məhkəmə hakimi dünyasını dəyişib.

Bu barədə Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov Azərbaycan Məhkəmə Hakimlər Assosiasiyalar İttifaqının ümumi yığıncağında bildirib.

Onun sözlərinə görə, Goranboy Rayon Məhkəməsinin hakimi Şirzad Hüseynov ötən gün vəfat edib.

Qeyd edək ki, Ş.Hüseynov 1956-cı ildə anadan olub. O, 1995-2000-ci ildə Tovuz Rayon Məhkəməsində, 2000-2007-ci ildə Samux Rayon Məhkəməsində, 2007-2008-ci ildə Ağstafa Rayon Məhkəməsində hakim işləyib. O, 2008-2013-ci illərdə Ağstafa Rayon Məhkəməsinin sədri vəzifəsində çalışıb. Ş.Hüseynov 2013-cü ildən isə Goranboy Rayon Məhkəməsində hakim işləyib.

Yeniçağ.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600