!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycanda hansısa qurum İrandakı dini lideri özünə rəhbər qəbul edirsə..." - İlahiyyatçıdan XƏBƏRDARLIQ

!Reklam – Yazi

“Azərbaycanda dinlə bağlı mövcud olan hər hansısa qurum İrandakı dini lideri özünün dini rəhbəri kimi qəbul edirsə, bu, ciddi bir problemdir”.

Bu sözləri İranın qonşu ölkələrə münasibətini şərh edən ilahiyyatçı Elşad Miri Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, İran din adamları uzun müddətdir özlərinə məxsus yanaşmaları azərbaycanlılara tətbiq etməyə çalışırlar:

“İran həmişə ideologiya olaraq İslam dinini əsas götürüb və bunu ideoloji fakt olaraq təqdim edir. İran gətirdiyi İslamı digər müsəlman ölkələrinin öncülüyü kimi tanıdır. Bunu Qurban və Ramazan kimi dini bayramlarda daha açıq görmək olur. Bu gün İranda azərbaycanlıların məktəbinin olmaması və bizim dilimizin tədris olunmaması fonunda sanki Tehran özünü allahlıq obrazında görür. İran nə qədər islam respublikası olsa da, Vatikan kimi teotratik bir ölkənin fərqli versiyasıdır. Mövcud vəziyyətdə İran bölücülüklə məşğuldur və insanların din anlayışı ilə özünə tərəfdaş yığaraq yeni versiyalar ortaya atır. Təəssüf ki, bu versiyalar ölkəmizdə də təbliğ olunur.

Bu gün Azərbaycanda özünü dindar sayan bəzi məzhəb nümayəndələri özlərini hansısa din xadimini təqlid etmək məcburiyyətində hiss edirlər. Həmin təqlid etdikləri insan isə İranın ali lideri Əli Xamneyi və ya digər ayətullahdır. Azərbaycanda dinlə bağlı mövcud olan hər hansısa qurum İrandakı dini lideri özünün dini rəhbəri kimi qəbul edirsə, bu, ciddi bir problemdir. Ona görə də Azərbaycan din anlayışına özünəməxsus model tətbiq etməli, Qurani-Kərimə əsaslanan bir format olmalıdır. Əks halda Azərbaycanda müəyyən insanlar özlərini hansısa dini məzhəbə mənsub hesab edərək, kənardakı din adı altında olan insanlara daha çox bağlanacaqlar. Bu isə təhlükədir”.

Gülşən Şərif

www.yenicag.az

1796
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv