Azərbaycanda it ana və qızına hücum etdi - FOTO/ANBAAN VİDEO

media-hightechnic-468x90

Azərbaycanda it ana və qızına hücum edib.

Bu barədə ana Züleyxa Eyşari öz sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, hadisə Qaraçuxur ərazisində qeydə alınıb.

“Biz gülə-gülə qarşılayırdıq. Qızım iti sığallamaq istəyirdi. Mən itin təlaşından nəsə olacağını başa düşdüm. Sadəcə ehtimal vermədim. Səbəbini bilmirəm, amma həmin an özümü itirmədim. İt qızımın ayağından tutmasın deyə çox çabaladım, tutanda əlimi ağzına saldım ki, möhkəm dişləməsin. İtin isə yiyəsini tapa bilmirik”, – deyə o qeyd edib.

Züleyxa Eyşari qızının üzündə və bədənində sıyrıqlar olduğunu və quduzluq əleyhinə peyvənd vurdurduqlarını da bildirib.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa