!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda karantin rejimi YUMŞADILDI

!Reklam – Yazi

Bir sıra ölkələrdə və Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılıb.

Yenicag.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilib.

Bu gün saat 00:00-dan etibarən isə ölkə ərazisində aşağıdakı iş və xidmətlərin fəaliyyətinə icazə verilib:

ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisna olmaqla);

bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

muzey və sərgi zallarının fəaliyyəti;

şəhərlərarası və rayonlararası hərəkət.

www.yenicag.az

1848
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv