Azərbaycanda kirayə qiymətləri 8 %-ə yaxın artıb
Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul Siyasəti İcmalı”nda bildirilir.
Sənədə əsasən, adı çəkilən xidmət üzrə qiymətlərin artım tempi ötən ilin ortalarında nisbətən aşağı düşsə də, sentyabrdan yüksəlib.
Bundan başqa, hesabat dövründə ilkin mənzil bazarında qiymətlər orta hesabla 12,7 %, təkrar mənzil bazarında isə 12,2 % artıb.













