!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda küçəyə atılan körpənin VƏZİYYƏTİ açıqlandı - FOTO / YENİLƏNDİ

!Reklam – Yazi

“Ağcabədi rayonunda küçəyə atılan körpənin vəziyyəti yaxşıdır”.

Bu barədə Oxu.Az-a Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından verilən açıqlamada bildirilib.

“Yenidoğulmuş uşaq oğlandır. Göbəyi bağlanmamış vəziyyətdə olub. Uşaq təcili yardım maşını ilə gətirilərək xəstəxanaya yerləşdirilib. Vəziyyəti kafidir. Göbəyi bağlanıb”, – xəstəxanadan bildirilib.

***

Ağcabədidə küçəyə atılan körpənin vəziyyəti normaldır.

Yenicag.az xəbər verir ki, bu barədə Report-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

O bildirib ki, məsələ Dövlət komitəsinin nəzarətindədir: “Hazırda körpə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında müayinə olunur, bütün lazımi tədbirlər də görülür”.

Qeyd edək ki, bu gün körpə oğlan uşağı Ağcabədi rayonunda küçəyə atılıb.

***

13:22

Azərbaycanda daha bir yenidoğulan körpə küçəyə atılıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə “Facebook” səhifəsində yazıb.

O bildirib ki, körpə oğlan Ağcabədi rayonunda küçəyə atılıb: “Bu mələk bu gündən anasızdır. 15 gün ərzində bizim bildiyimiz 3-cü atılan uşaqdır. Bu dəfə də Ağcabədidə”.

Xatırladaq ki, daha öncə Sumqayıtda və Ucarda körpələr küçəyə atılmışdı.

www.yenicag.az

905
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv