Azərbaycanda maskadan istifadə məcburi OLDU – Bu məkanlarda

Azərbaycanda qapalı məkanlarda maskanın istifadəsi mütləq şərtdir.

Yenicag.az xəbər verir ki, bununla bağlı məsələ pandemiya dövründə müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının profilaktikasına dair qaydalarda öz əksini tapıb.

Koronavirusinfo.az saytında yerləşdirilən xəbərə görə, sənəd müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə çalışan əməkdaşların və vətəndaşların sağlamlığının qorunması məqsədi ilə hazırda koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq tərtib olunub.