!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda məşhur audit şirkəti bu qaydaları pozduğuna görə cərimələndi

!Reklam – Yazi

“Baker Tilly Audit Azərbaycan” MMC nəqliyyat vasitələri ilə bağlı qaydalarını pozduğu üçün cərimələnib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, müvafiq qurum tərəfindən 339.1-ci (Nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin və sürücülük vəsiqəsinin verilməsi və cərimənin alınması qaydalarının pozulması) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Qeyd edək ki, “Baker Tilly Audit Azərbaycan” 2007-ci ildə təsis edilib və o vaxtdan etibarən Azərbaycan Respublikasının Auditorlar Palatasının üzvüdür. MMC-nin direktoru Həsənov Şahin Əmirxan oğludur.

COP29

www.yenicag.az

110
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv