Azərbaycanda minik avtomobillərinin istehsalı 71 % artıb

media-hightechnic-468x90
Bu ilin yanvar ayında Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub.

Yenicag.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

media-banner_tkm

Məlumata görə, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 167 ədəd və yaxud 71,1 % çoxdur. Fevralın 1-nə 244 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Ötən ay Azərbaycanda 38,2 milyon manatlıq maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşqular istehsal edilib. Məlumata görə, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə maşın və avadanlıqların istehsalı 10,8 % azalıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,1 dəfə artıb.

Hesabat ayında Azərbaycanda 30 ədəd traktor istehsal edilib. Bu, 2025-ci ilin ilk ilə müqayisədə 34,8 % azdır. Fevralın 1-nə 6 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Həmçinin, bu ilin yanvar ayında ölkədə 56 ədəd yük avtomobili istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən dəfə çoxdur. Bu ilin fevralın 1-nə 19 ədəd hazır məhsul ehtiyatı yaranıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05