!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda oğul atasını baltaladı

!Reklam – Yazi

82821Zaqatalada qətl hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, Zaqatala rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə iyunun 23-də rayonun Əliabad qəsəbəsində baş verib. Rayonun Əliabad qəsəbə sakini, 1938-ci il təvəllüdlü Kərim Məhərrəm oğlu İmranovla birgə yaşadığı oğlu, 1965-ci il təvəllüdlü Zahir arasında mübahisə yaranıb.

Mübahisə daha sonra qızışaraq davaya çevrilib. Öncə 78 yaşlı ata oğluna balta ilə bir neçə zərbə vurub. Daha sonra oğul baltanı atasından alaraq onun baş nahiyəsinin arxa hissəsinə vuraraq qətlə yetirib.

Z. İmranov tutularaq istintaqa təhvil verilib. İlkin araşdırma zamanı məlum olub ki, ata oğlunu evdən çıxarmaq istəyib. Onların arasında mübahisə də elə bu səbəbdən baş verib. Məlumata bildirilir ki, Z. İmranov əsəb xəstəliyindən əziyyət çəkir.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

 

www.yenicag.az

586
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv