Azərbaycanda ötən il 54 “Startap” şəhadətnaməsi verildi

media-hightechnic-468x90

2022-ci ildə “Startap” şəhadətnaməsi almaq üçün indiyədək İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 98 müraciət daxil olub, mikro və kiçik sahibkarlıq subyektlərinə 54 “Startap” şəhadətnaməsi (kənd təsərrüfatı və aqrar biznes, mobil tətbiq, fintek, onlayn platforma, innovativ həlləri özündə ehtiva edən istehsal sahələri, elektron ticarət layihələri üzrə) verilib.

Yenicag.az xəbər verir ki, bunu Agentliyin sədri Orxan Məmmədov rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyətinin yekunları ilə bağlı mətbuat konfransında bildirib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnamə aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlir üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir”, – o deyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600