Azərbaycanda polis ailəsi ilə birlikdə qəzaya düşdü

media-hightechnic-468x90

ghŞəkidə ağır yol qəzası baş verib.

Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə bu gün Şəki-Zaqatala yolunun 31-ci kilometrliyində, Şəkinin Aşağı Göynük kəndi ərazisində qeydə alınıb.

Bakı şəhər sakini Samir Əmrahovun idarə etdiyi “Nissan” markalı, 90 AP 809 dövlət nömrə nişanlı avtomobil idərəetməni itirərək yoldan çıxıb və aşıb. Nəticədə avtomobildə olan sürücünün qızı, 2006-cı təvəllüdlü Suada Əmrahova aldığı xəsarətdən hadisə yerində keçinib. Sürücü və avtomobildə olan digər şəxslər – sürücünün həyat yoldaşı Asudə Əmrahova, digər qızı Zümrüd Əmrahova isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Polisdən həmçinin bildirilib ki, qəzaya düşən avtomobilin sürücüsü S. Əmrahov Goranboy Rayon Polis Şöbəsinin əməkdaşıdır.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600