!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

!Reklam – Yazi

“Pensiya yaşı ilə bağlı yanaşmamız ondan ibarətdir ki, differensial yaş mexanizmi tətbiq olunsun. Xanımların daha tez pensiyaya çıxmasını təklif edirik”.

Bunu “Unikal”a açıqlamasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, burada iki məqam var:

“Birinci xanımların pensiya yaşının kişilərlə müqayisədə daha az olmasıdır. Belə ki, xanımların pensiya yaşı 63-də saxlanılsın. Ona görə ki, xanımların xüsusən yaşlı dövrlərində sosial təminata daha çox ehtiyacları var. Rəsmi statistika göstərir ki, xanımların əmək haqqı ilə kişilərin əmək haqqı arasında fərq var.

Kişilərin rəsmi əmək haqqı xanımlarla müqayisədə təxminən 2 dəfə çoxdur. Bu o deməkdir ki, xanımların sosial kapital yığımları nisbətən azdır. Ona görə də xanım vətəndaşlarımız üçün pensiya yaşı tamam olan zaman kapitalın xüsusi əmsala vurulmasını təklif edirik. Əgər xanım vətəndaşımızın pensiya kapitalı 40 min manatdırsa, həmin vəsait 1,5 əmsalına vurulsun. Bu zaman kapital avtomatik olaraq 60 min manat olur. Bu da imkan verir ki, xanım vətəndaşımız pensiya yaşı tamam olan zaman daha çox pensiya alsın”.

Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Ölkədə 1 iyul 2023 – 30 iyun 2024-cü il tarixində kişilərin pensiya yaşı 65 il, qadınların pensiya yaşı 63 il 6 ay olacaq. 1 iyul 2024 – 30 iyun 2025-ci il tarixində isə kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 64 il olacaq.

COP29

www.yenicag.az

189
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv