Azərbaycanda sabiq millət vəkili həbs edilib

media-hightechnic-468x90

kkokpkpoSabiq millət vəkili Dünyamin Xəlilov həbs edilib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, D. Xəlilov Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə bir müddət əvvəl barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. D. Xəlilov Bakı İstintaq Təcridxanasına köçürülüb.

Bakı İstintaq Təcridxanasından APA-ya bildirilib ki, Nərimanov rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş D. Xəlilov fevralın 20-də təcridxanaya gətirilib.

Qeyd edək ki, sabiq deputat D. Xəlilovun Beynəlxalq Bankla bağlı cinayət işində adı keçir. “Globus Plaza”nın sahibi olan D. Xəlilov dələduzluqda təqsirləndirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600