Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanda savaş hazırlığı: ən yeni təyyarələr alındı - FOTO

Azərbaycan Pakistandan hərbi təyyarələr alır. Bunu “AzeriDefence”yə açıqlamasında Pakistanın müdafiə sənayesi naziri Rana Tanver Hüseyn bildirib.

Nazir qeyd edib ki, Pakistanın Azərbaycan ilə müdafiə sahəsində yaxşı əlaqələri var və bu yaxın perspektivdə daha da genişlənəcək.

“Azərbaycan prezidentinin Pakistana səfəri bu əlaqələri daha da dərinləşdirəcək. Biz Azərbaycanı qardaş olaraq görürük və ona görə əməkdaşlığı dərinləşdirməyə çalışırıq. Biz Azərbaycanla geniş spektrdə – kiçikçaplı silah və sursat istehsalından təyyarə istehsalına qədər əməkdaşlıq etməyi hədəfləyirik. Birgə müəssisələrin yaradılmasına və texnologiya transferinə hazırıq”,- deyə nazir qeyd edib.

Pakistanın müdafiə sənayesi naziri JF-17 “Thunder” döyüş və “Super Mushshak” təlim təyyarəsinin Azərbaycana satışında heç bir problemin olmadığını və mövcud olan bəzi anlaşılmazlıqların (mühərrik və radar) aradan qaldırıldığını qeyd edib: “Ümimi yanaşmada isə heç bir problem yoxdur. Biz “Super Mushshak” təyyarəsinin Azərbaycana çatdırılmasına hazırıq”.

“Super Mushshak” təlim təyyarəsi

Yeniçağ.az

www.yenicag.az

469