Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi başa çatdı

media-hightechnic-468x90

Azərbaycan üzrə seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirmə prosesinə yekun vurulub.

Yenicag.az xəbər verir ki, bununla bağlı sabah Mərkəzi Seçki Komissiyasında (MSK) geniş tədbir keçiriləcək.

Tədbirin ardınca isə MSK-nın iclası baş tutacaq.

Qeyd edək ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq seçicilərin daimi siyahısı hər bir seçki məntəqəsi üzrə məntəqə seçki komissiyası tərəfindən MSK-nın müəyyənləşdirdiyi formada hər il mayın 30-dək təsdiq edilməlidir.

Daha sonra isə MSK-nın müəyyən etdiyi qaydada seçici siyahıları MSK-nın (dairə seçki komissiyasının) müvafiq internet saytında yerləşdirilməlidir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600