“Android”in Azərbaycan üzrə bazar payı kiçildi
Bu ilin yanvar ayında “Android” əməliyyat sisteminin Azərbaycan üzrə bazar payı əvvəlki aya nisbətən 2,62 faiz bəndi azalaraq 36,27 faiz təşkil edib.
Yenicag.az bu barədə “Global Stats” statistika mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, “Microsoft Windows” məhsulları Azərbaycan əməliyyat sistemi bazarında ikinci yeri tutub və onların payı ötən ilin dekabr ayı ilə müqayisədə dekabrda 2,33 faiz bəndi artaraq 32,4 faiz olub.
Siyahıda növbəti pillədə 15,58 faiz bazar payı ilə İOS gəlir. İOS-un Azərbaycandakı bazar payı ötən ilin dekabr ayı ilə müqayisədə 0,05 faiz bəndi azalıb.
Digər əməliyyat sistemlərinin Azərbaycan üzrə bazar payı isə 15,75 faiz olub.












