Sumqayıtda yük avtomobili yandı

media-hightechnic-468x90

Sumqayıtda yük maşını yanıb.

Yeniçağ.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, hadisə şəhərin 6-cı mikrorayon ərazisində baş verib.

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində vətəndaşa məxsus “Qazel” markalı yük avtomobilinin yük hissəsində baş vermiş yanğın genişlənərək digər hissələrinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin yük hissəsinə yığılmış taxta materialları yanıb. Avtomobil yanğından mühafizə olunub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.02.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa