İsrail Hizbullah mövqelərini bombaladı

media-hightechnic-468x90

İsrail Livanın cənubunda Hizbullah mövqelərinə aviazərbələr endirib.

Yenicağ.az “The Times of Israel”ə istinadən xəbər verir ki, avizərbələr Kfar Tebnit və Ain Qana bölgələrindəki Hizbullah obyektlərini hədəf alıb.

Aviazərbələr nəticəsində Hizbullahın havadan müdafiə sitemlərinin əsas idarəedicilərindən olan Əli əl-Hadi Mustafa əl-Həqqani öldürülüb.

Qeyd edək ki, ABŞ-ın vasitəçiliyi ilə 2024-cü ilin noyabrında İsrail və Hizbullah arasında atəşkəs əldə olunub. İsrail Hizbullahın sərhəd bölgələrdə öz infrastrukturunu bərpa etmək cəhdlərini razılaşmanın pozulması kimi qiymətləndirir və buna görə də təşkilatın mövqelərini mütəmadi olaraq bombalayır.APA

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.02.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa