Uitkoff Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında iştirak edəcək
ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff BƏƏ-də Rusiya-Ukrayna danışıqlarının növbəti raundunda iştirak edəcək.
Yenicag.az xəbər verir ki, bu barədə anonim ABŞ rəsmisi “Axios”a məlumat verib.
“Uitkoff Əbu-Dabiyə getməzdən əvvəl İsrailə səfər edəcək. Əbu-Dabidə isə 4-5 fevral tarixlərində Rusiya və Ukrayna arasında danışıqlar baş tutacaq”, – mənbə bildirib.
“Axios”un məlumatına görə, Uitkoffun İran tərəfi ilə isə hər hansı bir görüşü hələlik planlaşdırılmayıb.
Qeyd edək ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi İsraildə Baş nazir Benyamin Netanyahu və İsrail ordusunun Baş qərargah rəisi Eyal Zamirlə görüşəcək./Apa/












