!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda ŞƏNBƏ-BAZAR QADAĞASI: “Bunun effekti qısamüddətli olacaq” - Ekspert

!Reklam – Yazi

“Nəzəri biliklərlə praktik təcrübəni tutuşdurub, yeni yanaşmaların tətbiqi barədə düşünmək lazımdır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri ölkədə həftəsonu karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərarı şərh edən iqtisadçı Samir Əliyev bildirib.

Samir Əliyev hesab edir ki, karantin tədbirlərini yumşaq şəkildə saxlamaqla, bəzi sahələrin fəaliyyətini dayandırmaq olar:

“İstər sərt, istərsə də yumşaq karantin dövrü yoluxmadan mübarizə üsullarında bəzi korrektələrin edilməsi ehtiyacını ortaya çıxarıb. Seçim sərt və ya yumşaq karantin arasında yox, yumşaq karantinin metodları arasında olmalıdır.

Sərtləşmə maska istifadə edilməməsinə böyük məbləğdə cərimənin tətbiqi ilə yox, ondan istifadənin məcburiliyi ilə bağlı olmalıdır. Ancaq havaların istiləşməsi maskadan istifadənin reallıqda çətinliyini üzə çıxarıb. Deməli, nəzəri biliklərlə praktik təcrübəni tutuşdurub, yeni yanaşmaların tətbiqi barədə düşünmək lazımdır. Bir sözlə, karantin tədbirləri sərt yox, ünvanlı olmalıdır.

Karantin tədbirlərini yumşaq şəkildə saxlamaqla, bəzi sahələrin fəaliyyətini dayandırmaq olar. Parklardakı uşaq əyləncə yerləri (karusellər, uşaqların toplaşdığı yellənçəklər və s.), metro nəqliyyatı, şənbə-bazar günləri avtobus sərnişindaşıması və eyni zamanda, əhalinin, xüsusən də, uşaqların kompakt şəkildə olduğu fastfood (MCDonalds, KFC) restoran şəbəkələri və sair sahələrdə məhdudiyyətlər qoyula bilər.

Bununla yanaşı, əhaliyə ictimai xidmətlər göstərilən obyektlərdə (məsələn, ASAN), supermarketlərdə, banklarda, poçt idarələrində sosial məsafənin qorunmasının təmin edilməsi vacibdir”.

Gülşən Şərif

www.yenicag.az

1105
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv