!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda sərnişin daşımaları 8%-dən çox artıb

!Reklam – Yazi

Bu ilin yanvar-may aylarında Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,4% və 8,1% artıb.

Bu barədə Yenicag.az-a Economics”ə Dövlət Statistika Komitəsindən bildirilib.

Beş ayda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 94 milyon ton yük daşıyıb. Yüklərin 3,6%-i dəniz, 8,1%-i dəmir yolu, 0,2%-i hava, 57,8%-i avtomobil nəqliyyatı, 30,3%-i isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,2% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,9% təşkil edib.

Hesabat dövründə nəqliyyatçılar 802,7 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 87,6%-i avtomobil nəqliyyatı, 11,8%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb

www.yenicag.az

123
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv