Azərbaycanda SES-in tikintisində dörd milyon manatdan çox uyğunsuzluq aşkar edildi

media-hightechnic-468x90

36 MVt gücü olan Ordubad Su Elektrik Stansiyasının tikintisi üzrə 2011-22-ci illərdə rəsmiləşdirilmiş “Yerinə yetirilmiş işlərin qəbul Aktları”ndakı işlərə fiziki baxış zamanı işlərin mövcudluğu araşdırılarkən ƏDV-siz 4 milyon 317 min 988,9 manat dəyərində uyğunsuzluqlar müəyyən olunub.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “Dövlət auditi jurnalı”nda bildirilib.

Qeyd edək ki, Ordubad Su Elektrik Stansiyasının tikintisinə Azərbaycan Respublikası və İran İslam Respublikası hökumətləri arasında 14.11.2010-cu il tarixində bağlanmış enerji və nəqliyyat sahəsində Anlaşma Memorandumuna əsasən başlanılıb. 09.04.2014-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin İrana rəsmi səfəri zamanı isə Azərbaycan Respublikası və İran İslam Respublikası hökumətləri arasında “Ordubad və Marazad Su Elektrik Stansiyalarının tikintisi və istismarı”na dair Saziş imzalanıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05