!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda silsilə yanğınlar - Onlarla helikopter, təyyarə cəlb olundu

!Reklam – Yazi

Quba rayonunun Çiçi kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin 21 nəfər şəxsi heyəti, 2 texnikası, Mülkü Müdafiə Qoşunlarının 35 nəfər şəxsi heyəti, 1 texnika, Şimal Regional Mərkəzinin 10 nəfər şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində 16 hektar sahədə quru ot və kollar yanıb. Artıq yanğın söndürülüb.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığında dəniz səviyyəsindən 1900 metr hündürlükdə olan mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğına 1 amfibiya təyyarəsi, 3 helikopter, o cümlədən FHN-in müvafiq qüvvələri cəlb olunub.

Qəbələ rayonunun Solquca kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi məqsədilə əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Aviasiya Dəstəsinin Mülkü Müdafiə Qoşunlarının və Şimal-Qərb Regional Mərkəzinin ümumilikdə 235 nəfərlik şəxsi heyəti, 16 texnika, o cümlədən 1 yanğınsöndürən təyyarə və 1 helikopter cəlb olunub.

Ağsu rayonun Kəndaxan kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 35 nəfər şəxsi heyəti, 5 texnikası, Mülkü Müdafiə Qoşunlarının 35 nəfər şəxsi heyəti, 2 texnikası cəlb olunub. Ümumilikdə nazirliyin 70 nəfər şəxsi heyəti və 7 texnikası ərazidə fəaliyyətdədir.

Hazırda yanğınların lokallaşdırılması istiqamətində işlər davam etdirilir.

www.yenicag.az

2711
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv