Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanda tələbələrin illik təhsil haqqı nə qədərdir? – Nazirdən CAVAB

“Hazırda I kursda oxuyan tələbələrin 60 faizdən çoxunun təhsil haqqını dövlət ödəyir”.

Yenicag.az xəbər verir ki, bunu xüsusi karantin rejimi dövründə tədrisin təşkili ilə bağlı keçirilən brifinqdə çıxış edən təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, bu il ərzində təhsil kreditlərinin təqdim edilməsi planlaşdırılır:

“Hazırda Azərbaycanın ali təhsil müəssisələrində 182 min tələbə təhsil alır. Onlardan 167 mini bakalavrda, 15 mini isə magistraturada oxuyur. Bu gün ali təhsil alan tələbələrin 100-dən 56-sı dövlət hesabına oxuyur. Ölkənin ali təhsil müəssisələrində təhsil haqqı təxminən 2 500 manatdır

Son illərdə dövlət sifarişli yerlərlə bağlı da müsbət dinamkianı müşahidə edirik. Prezidentin müvafiq sərəncamı ilə 11 500 tələbəyə sosial yardım göstərilib. Hazırda I kursda oxuyan tələbələrin 60 faizdən çoxunun təhsil haqqını dövlət ödəyir.

Yerdə qalan hər bir tələbənin də belə bir probleminin olmasını güman etmək olmaz. Əksər tələbələrin nəzəri olaraq təhsil haqqını ödəmə problemi olmamalıdır”.

Gülşən Şərif

Loading...

www.yenicag.az

233