Azərbaycanda vəzifəli şəxs koronavirusdan öldü - FOTO

media-hightechnic-468x90

Biləcəri qəsəbəsinin bələdiyyə sədri vəfat edib.

Yenicag.az xəbər verir ki, Binəqədi rayonunun inzibati ərazisinə daxil olan Biləcəri qəsəbəsinin bələdiyyə sədri İlham Xəlilov bu gün vəfat edib.

COVID-19-a yoluxan bələdiyyə sədri artıq bir müddətdir ki, virusla mübarizə aparardı.

Faktı Oxu.Az-a Binəqədi Rayon İcra Hakimiyyətindən təsdiq ediblər.

Bildirilib ki, ilkin olaraq evdə müalicə alan bələdiyyə sədri, vəziyyəti ağırlaşdığı üçün həkim məsləhəti ilə xəstəxanaya yerləşdirilib. Təəssüf ki, aparılan müalicələrə baxmayaraq, bu gün dünyasını dəyişib.

Xatırladaq ki, İlham Məmməd oğlu Xəlilov 1958-ci ildə Şəmkir rayonunda anadan olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600