!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda yeni radikal təhlükə – Əlixan Musayev xəvariclərin Tale Bağırzadəsi olmaq istəyir?

!Reklam – Yazi

Islamic_State_(IS)_insurgents,_Anbar_Province,_Iraq

Azərbaycanda yeni radikal təhlükə – Əlixan Musayev xəvariclərin Tale Bağırzadəsi olmaq istəyir?

 

“Postsovet ölkələrinin müsəlman başçıları qeyri-şəri hesab olunur və itaət olunmamalıdır” fitnəsini kimlər yayır?

 

Azərbaycanda  ard-arda baş verən hadisələr bir sıra yatan hücrələrin oyanmasına səbəb olub. Həm əhalinin manatla bağlı narahatlığı, həm dövlətin təhlükəsizliyindən cavabdeh qurumla bağlı yaşananlar bir sıra qüvvələrin işinə yarayıb. Azerinfo.org-un elektron poçtuna daxil olan məlumatda deyilir ki, ölkəmizi qarışdırmaq istəyən radikal qüvvələr yenidən aktivləşiblər.

Belə ki, bir tərəfdən Tale Bağırzadə simasında məğlub olsalar da, digər tərəfdən nəticə əldə etməyə çalışırlar. Maraqlıdır ki, dini sabitliyin pozulması məsələsində İranla Misirin adı ortaq çəkilməkdədir. Belə ki, İran Azərbaycanda Hizbullahı dəstəkləyənləri dövlətə qarşı təhrik edirsə, Misirdəki bəzi cərəyanların da sünni əhali arasında radikalizm fikirlərini yaydıqları müşahidə olunur.

Qeyd edək ki, hələ bir neçə il öncə sünnilər, xüsusilə sələfilər arasında İrana qarşı müsbət münasibət yaratmağa cəhd edən Mustafa İslamoğlu da Misirdə təhsil almışdı. Türkiyədə İran lobbisinin ən sadiq adamlarından olan M.İslamoğluna həmin proyektdə əsas yardım edən isə Azərbaycanda radikal sünni camaatın lideri Əlixan Musayev olmuşdu. M.İslamoğlunun fikirlərini təbliğ edən, onunla görüşən Ə.Musayev etirazların çoxluğundan fikrini dəyişmiş kimi görünsə də, Misir xəttini müdafiə etməkdədir.

Aldığımız məlumatda deyilir ki, Misirdən yayılan bu növbəti təxribat planı keçmiş postsovet ölkələri üçün nəzərdə tutulub. Belə ki, Azərbaycan başda olmaqla bu ölkələrdə rəhbərliyin müsəlman və şərii olmadığı şaiyəsi yayılır.

Yəni, əksər müsəlman alimlərin rəyi budur ki, bir dövlətin forması nə olursa olsun, başçısı müsəlmandırsa, həmin dövlət başçısının çıxardığı qərarlara tabe olunmalıdır. Yəni, mövcud durumda şəriət üsul-idarəsi olmadığından müsəlman prezidentin çıxardığı qərarlarla hərəkət edilməlidir. Bütün sələfi alimlər isə ümumiyyətlə, müsəlman dövlət başçılarına qarşı çıxmağı haram elan edib, hətta müxalifətə səs verməyi belə şəriət əleyhinə işləmək kimi qələmə veriblər.

Bu əqidəyə isə daim iki qrup qarşı çıxıb:

  • İxvanül müslimin, başqa adla desək, Mursinin camaatı (Misir).
  • İslam keşikçiləri (İran).

Onların hər ikisi islam inqilabı üçün bu şərtlərin keçərli olmadığı, müsəlman olsa da, dünyəvi dövlət rəhbərinə itaət edilməməsi fikrindədirlər. Yəni, bu fitnəkarlara görə, hazırda postsovet ölkələrinin bütün müsəlman prezidentləri qeyri-şəri dövlət başçısıdır və ona itaət edilməməlidir.

Təəssüf ki, son dövrlərdə Azərbaycandakı sosial şəbəkələrdə, forumlarda bu görüş özünü bariz şəkildə göstərməkdədir. Misirdə Mursi camaatından olan “Amaş” kod isimli azərbaycanlının (virtual ad da ola bilər) yaydığı fikirlər dövlətçiliyimiz baxımından olduqca zərərlidir. Belə ki, müxtəlif dillərdə postsovet ölkələrinin sosial şəbəkələrində açılan müzakirələrdə bu respublikaların müsəlman prezidentlərinə itaət etməyin Tağuta itəat etmək olduğu təlqin edilir.

Buna paralel olaraq, Suriya cihadı təbliğ edilir və daha çox Ən-Nusraya dəstək verilməsi Şamla bağlı hədislərin dəstəyi ilə aparılır.

Bütün bunların arxasındakı isimləri tapmaq jurnalist üçün çətin olsa da, məscidlərdə dindarlarla aparılan danışıqlarda bir isim ön plana çıxır: Əlixan Musayev.

Radikal cihad təbliğatı apardığı və gəncləri İŞİD-ə qoşulmaq üçün Suriyaya göndərən və bu səbəbdən hazırda həbsdə olan “Ləzgi” məscidinin imamı Mübariz Qarayevin xalası oğlu, hazırda Azərbaycan xəvariclərinin lideri. Maraqlıdır ki, illər öncə İranın agenti Mustafa İslamoğlu gəldiyi zaman onunla görüşən və sünnilər, xüsusilə sələfilər içərisində onun görüşlərini yaymaq üçün “dəstək” alan da, dəfələrlə məhkəmələrdə həyat yoldaşları Suriyada öldüyü üçün başsız qalan xanımların ittiham etsələr də, daim hansısa “gözəgörünməz əl”  tərəfindən qorunan Əlixan Musayev yenə müridlərinin vasitəsi ilə ölkədə Misirdən gələn bu fitnə toxumunu da yaymaqdadır. Qeyd edək ki, hər il Ramazan ayında müsəlmanların dövlətin qərarı ilə hərəkət etməsinə mane olan, təfriqə salan Əlixan Musayevin adı Azərbaycandan Suriyaya adamların göndərilməsini təşkil etməkdə hallanır. Suriya və İraqda, İŞİD, “əl-Nüsra Cəbhəsi” və digər radikal qruplaşmaların tərkibində döyüşən azərbaycanlıların əksəriyyəti onun müridləridir.

Son dövrlərdə İŞİD-ə deyil, “Əl-Nusra Cəbhəsi”nə mürid göndərən Əlixan Musayevin həm də geniş biznes imkanları, haqqında olan şikayətlərə görə, qorunması ATM faktorunu ortaya qoymaqdadır. Belə ki, onun dəfələrlə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Anti Terror Mərkəzinin həbsdə olan müdiri Elçin Quliyevlə şəxsən münasibətinin olduğuna dair söz-söhbətlər olsa da, belə münasibətlər məxfi olduğundan konkret iddia irəli sürmək çətindir. Lakin MTN-dəki skandallar başladığı zaman onunla eyni məscidə gedənlərin Əlixan Musayevin ruhi durumunun yerində olmadığını, hətta Facebook profilini belə bir neçə gün dondurduğunu deyənlər də var.

Bu gün isə o, yenidən ortadadır. O və xəvariclər Nardaranda İranın edə bilmədiyini sünnilərin kompakt yaşadığı yerlərdə gerçəkləşdirmək, xalqın sosial problemlərinin səbəbini dünyəvi dövlət modelində görməsini təmin etməkdir. O da məlumdur ki, bu bir-iki nəfərin özfəaliyyəti deyil. Yuxarıda qeyd etdiyimiz kimi bu plan üzrə iş gedir və iş aparanların əksəriyyətinin araşdırıldıqda, MTN-də ifşa olunan cinayətkar qrupla əlaqəsi üzə çıxacaqdır. Həmin fitnəkarların əksəriyyətinin kimliyini də araşdırmalarımızın sonucunda təfərrüatlı şəkildə açıqlayacağıq.

Yazıda adı çəkilən şəxslərin mövqeyini də dərc edə bilərik.

Mövzu diqqətimizdədir.

Azerinfo.org

COP29

www.yenicag.az

2513
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv